Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan “Portos” MMC-nin rəhbəri Nadir Məmmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu haqda yanvarın 12-də Report məlumat verib.
Daha öncə, yanvarın 10-da Vüqar Səfərli də apellyasiya şikayəti verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 21 dekabr tarixli hökmü ilə V.Səfərli 10 il 6 ay, N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.