Oktyabrın 16-da 217 saylı orta məktəbin direktoru Bənövşə Cəfərova tutduğu vəzifədən azad edilib. Direktor Vətən Müharibəsi ilə bağlı kobud səhvə yol verdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.
Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi təsdiqləyib. Daha əvvəl B. Cəfərova 27 sentyabrda tələbələr, valideynlər və müəllim heyəti qarşısında çıxış edərkən Vətən Müharibəsini 24 günlük adlandırmışdır. Bundan əlavə isə Anım Gününü Qələbə Günü ilə qarışdıraraq səhv salmışdır.
Direktor bu səhvi yüksək təzyiq səbəbiylə etdiyini bildirmişdir. Xatırladaq ki, B. Cəfərova Samux vilayətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır.
Video: Baku.Tv