Vətən müharibəsi dövründə Azərbaycan Mərkəzi Bankı erməni hakerlərin hədəfi olub. Bu barədə 9 dekabr tarixində Report Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədova istinadən məlumat verib.
Onun sözlərinə görə, erməni hakerlərin hücümları ölkə səviyyəsində bloklanmışdır.
“Daha sonra onlar fişinq hücumlarına başlayaraq, müxtəlif yollarla insanları çaşdırmağa çalışdılar. Lakin onların cəhdləri nəticəsiz olub”, - deyə Tural Məmmədov əlavə edib.
İdarə rəisinin sözlərinə əsasən, 2021-ci ilin III rübündə "Firewall" vasitəsilə 45 min zərərli keçidi, mərkəzləşdirilmiş antivirus vasitəsilə 732 min zərərvericini və "SandBox" vasitəsilə isə 11 min zərərverici tərkibli faylın qarşısı alımnışdır.