“Həyat, deyəsən, gözəldir”, “Doğma torpaq”, “Müharibənin uşaqları”, “Çin olan gizlinlər”, “Evimin səsi”, “Tanrının nəbzi”, “İkinci planetin qırmızı rəngi”, “Arxa cəbhə”, “İki gün”, “Hasar”, “Qarabağ nağılı”, “Tarix” filmlərinin nümayişi 2022-ci il üçün nəzərdə tutulub. Bu haqda dekabrın 16-da Mədəniyyət Nazirliyi məlumat verib.
Qeyd edək ki, son bir il ərzində Mədəniyyət Nazirliyi Vətən müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib.