Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib. Bu barədə YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov 8 oktyabr tarixində Report-a məlumat verib.
Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Layihə çərçivəsində şəhid övladlarının analarına 1000 AZN verilir, körpələrin adına açılan hesaba isə 5000 AZN yatırılır.
Bu məbləğin üzərinə davamlı olaraq faiz toplanılacaq. Şəhid övladı 18 yaşına çatdıqdan sonra adına toplanan pulları hesabdan çıxara biləcək.