“Crowd-1” dələduzluq piramida sxeminə rəhbərlik edən 6 şəxs istintaqa cəlb edilib. Bu haqda noyabrın 29-da DİN məlumat verib.
Polis onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirib və iş üzrə elektron sübutlar aşkar edərək götürüb.
“Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.
Ödənilən pullar istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.