Vəkillər Kollegiyası Bakıda icra məmurunun qadın vəkili döyməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Bu haqda məlumat mayın 19-da qurumun saytında paylaşılıb.
Məlumata görə, adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı Vəkillər Kollegiyasının üzvü deyil. Vurğulanıb ki, vətəndaşlar bunu rəsmi saytda yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən də dəqiqləşdirə bilərlər.
Qeyd edək ki, bu gün vəkil qadının icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülməsi haqda xəbərlər yayılmışdır.