Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib. Bu barədə İnsanoid bu gün, 16 avqust tarixində xəbər verir.
Budəfəki buraxılışın qonağı caz ifaçısı, pianoçu, bəstəkar, müğənni, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə olub.
Əzizə Mustafazadə müsahibə zamanı Almaniyaya köçməsinin səbəblərindən, cazın dünyada populyarlıq səviyyəsindən, Bakıda onu narazı salan məqamlardan, Azərbaycanda cazın inkişaf səviyyəsindən danışıb.
Xalq artisti hazırda ölkədə cazın inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb: “Ölkəmizdə istedadlı şəxslər çoxdur, əla musiqiçilərimiz var”.
Azərbaycanın xalq artisti Azərbaycandakı ifasına qarşı daha məsuliyyətli davrandığını bildirib.
Ə.Mustafazadə Almaniyaya niyə köçməsi, Bakıda keçiriləcək konsertləri, süni intellektin musiqiyə təsirindən danışıb, gənc musiqiçilərə bir sıra məsləhətlər verib.