Üç vətəndaşın etibarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirən Fərid Abdinov həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi aprelin 23-də məlumat verib.
Bakı şəhər sakini dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu mənimsəyib.
Faktla bağlı cinayət işi açılıb. Fərid Abdinov barəsində həbs qətimkan tədbiri seçilib.
Sözügedən şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, onlar DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.