Azərbaycan Vatikanda səfirlik açır. Bununla bağlı oktyabrın 25-də Milli Məclisdə qanun layihəsi müzakirə edilib.
Deputatlar səfirliyin açılmasının tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.