İmişlinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub. Bu haqda aprelin 5-də APA məlumat yayıb.
Sözügedən əmlakların siyahısı:
- Bakıda yerləşən mənzil;
- Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
- Nardaran qəsəbəsində bağ evi;
- Oğlu Məhəmməd Hacıyevin adına olan "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Qeyd edək ki, adiçəkilən şəxs 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-ci ildən isə İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib. O, 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Vilyam Hacıyev vəzifə cinayətləri ilə yanaşı, qanunsuz silah saxlamaqda da təqsirli
bilinib.