Narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Bərdə rayon sakini saxlanılıb. Bu haqda yanvarın 8-də DİN məlumat verib.
Məlumata əsasən, onun üzərindən 360 qram heroin və 170 qram metamfetamin aşkarlanıb. Həmin şəxslə birlikdə saxlanılan həmyerlisinin idarə etdiyi “Opel” markalı avtomobilində isə mənşəyi bilinməyən və tibbi sənədləri olmayan 360 kiloqram ət aşkar edilib. O, ifadəsində ətin tanışına məxsus olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Aşkar olunan ətin mənşəyini və insan orqanizminə zərərli olub-olmadığını müəyyən etmək üçün ekspertiza təyin edilib.