8 noyabr tarixində Zəfər Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Qarabağ münaqişəsi hərbi-siyasi yolla öz həllini tapıb. Müharibə sonrası Azərbaycan qarşısında azad olunmuş ərazilərinin yenidən tikilməsi və bərpası, bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm vəzifə dayanır”, - deyə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunan digər vacib məqamlar:
- Azərbaycan işğal zamanı Ermənistanın qanunsuz fəaliyyətinin araşdırılması və günahkarların beynəlxalq ədalət qarşısında məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atıb;
- Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır;
- Beynəlxalq ictimaiyyət sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır;
- Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.