Abşeron rayonunun Xırdalan şəhərində 4 avtomobil qəzaya uğrayıb. Bu barədə 17 dekabr tarixində Apa məlumat verib.
“Nissan” markalı avtomobilin sürücüsü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsini yol kənarında dayanan “Chevrolet”, “Toyota” və “Mazda” markalı maşınlara çırpıb. Nəticədə “Nissan” markalı avtomobilin sürücüsü xəsarət alıb.
DİN-in məlumatına əsasən, 2021-ci ilin 9 ayı ərzində paytaxtda 354 yol qəzası baş verib. Nəticədə 145 nəfər vəfat edib, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.