Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib. Bu haqda 8 yanvar tarixində Report məlumat yayıb.
Belə ki, hadisə Xırdalan şəhərində baş verib. 1998-ci il təvəllüdlü gənc yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Dünən, yanvarın 7-də sözügedən rayonda 3 nəfər dəm qazından boğularaq dünyasını dəyişib. Baş Prokurorluğun məlumatına əsasən, onlar kirayə yaşadıqları evdə zəhərləniblər.