Abşeron rayonunun Xırdalan şəhərində şəhid Səxavət Abbasovun xatirəsinə şahmat turniri keçirilib. Bu barədə dekabrın 16-da Abşeron Rayon Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Turnirə Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov da qatılıb.
Yarış çərçivəsində 10 şahmatçı öz gücünü yoxlayacaq.
2000-ci ilin aprelin 25-də Xırdalanda anadan olan Səxavət Abbasov 2020-ci ilin oktyabrın 20-də Xocavənd istiqamətlərində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
[gallery size="full" columns="1" ids="17400"]