Abşeron rayonunda qadın özünü binadan atıb. Bu haqda 10 mart tarixində Qafqazinfo məlumat yayıb.
İntihara cəhd hadisəsi Xırdalanda, Köhnə Bazar adlanan ərazidə baş verib. Hələlik kimliyi məlum olmayan 30-35 yaşlı qadın təcili yardımla xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nazirlər Kabinetinin 2021-ci il fəaliyyəti haqqında hesabatına əsasən, Azərbaycanda ötən il ərzində 612 özünü öldürmə hadisəsi qeydə alınıb. Onlardan 147-si qadınlar tərəfindən törədilib.