Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi, müavini və 2 tibb köməkçisi 2009-2021-ci illər ərzində plastik əməkhaqqı kartlarına köçürülmüş 626 min 844 manat məbləğində pul vəsaitini mənimsəyiblər. Bu haqda oktyabrın 25-də Baş Prokurorluq məlumat verib.
Onlar bu illər ərzində müvafiq rəsmi sənədlərə saxta məlumatlar daxil edərək, 36 nəfər işə gəlməyən şəxsi tibb müəssəsinə işə düzəldiblər.
İbtidai istintaq zamanı mənimsəmədə təqsirləndirilən baş həkim və müavini 321 min manatı geri ödəyiblər.
Əldə edilmiş sübutlar əsasında külli miqdarda ziyan vurma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.