Bu gün Azərbaycanda 240 meqavatlıq Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməli qoyulub. Bu barədə 13 yanvar tarixində Prezidentin rəsmi səhifəsində məlumat verilib.
Mərasimdə Prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak edib.
Sözügedən stansiya Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək. Layihəyə 300 milyon dollar yatırılacaq.
[URIS id=22848]