Ötən gün Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yanvarın 11-də Oxu.az məlumat yayıb.
Hərəkətdə olan “Niva” markalı avtomobil Samur-Abşeron kanalına düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Nəqliyyat vasitəsi sudan çıxarılıb, sürücünün axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.