Lənkəran şəhəri ərazisində Xəzər dənizində TM-57 tank əleyhinə mina aşkarlanıb. Sumqayıtda isə “Azərişıq” ASC tərəfindən aparılan qazıntı işləri zamanı 3 ədəd F-1 əl qumbarası aşkarlanıb. Bu barədə FHN oktyabrın 23-də məlumat verib.
Pirotexniklər mina və qumbaraları zərərsizləşdiriblər.
Həmin ərazilərə əlavə baxış keçirilib. Digər təhlükəli əşya aşkar edilməyib.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.