Xəzər dənizindən tapılan insan qalıqları qəza nəticəsində itkin düşən neftçilərdən birinə məxsus olduğu müəyyənləşdirilib. Bu haqda dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı məlumat verib.
Qəza 6 il əvvəl 2015-ci ildə “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermişdir.
Qeyd edək ki, həmin ildə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini yaşayış köşkü ilə birlikdə dənizə atmışdır. Hadisə baş verərkən həmin köşkdə 3 nəfər olub.
Faktla bağlı "səhlənkarlıq" maddəsi ilə cinayət işi başlanıb.