Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.
APA-nın yaydığı məlumata görə, brakonyerlərin Sumqayıt və Qax sakinləri olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1 562 metr uzunluğunda sintetik tor yığışdırılıb.