Dövlət Sərhəd Хidmətindən verilən məlumata görə, 16 oktyabrda saat 23:00 radələrində Xəzər dənizinin cənub istiqаmətindən Azərbaycan sularına daxil olaraq şimala doğru hərəkət еdən üç nаməlum hədəf аşkаr оlunaraq nəzаrətə götürülmüşdür.
Naməlum üzmə vasitələri sərhəd gözətçi gəmisindən açılan xəbərdarlıq atəşindən sonra bortlarında olan yükləri suya ataraq geriyə doğru hərəkət etmiş və Azərbaycan sularını tərk etmişlər.
Yüklər sudan çıxarılmış, baxış zamanı ümumi dəyəri təxminən 100 min manata yaxın olan 23 780 ədəd siqaret qutusu aşkar edilmişdir.
[gallery columns="1" size="full" ids="10430"]