Xaçmazda qohumunu güllələyən şəxsin cinayət işi üzrə istintaqı tamamlanıb. Bu barədə aprelin 25-də Baş Prokurorluq məlumat yayıb.
Hadisə cari ilin yanvar ayında baş verib. 40 yaşlı Nail Mahmudov uzaq qohumu, Köhnə Xaçmaz kənd sakini olan 36 yaşlı Cavid Mahmudova ov tüfəngindən atəş açıb.
Nail Mahmudov Cinayət Məcəlləsinin “adam öldürməyə cəhd” maddəsilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.