Yanvarın 28-dən Azərbaycan Milli Xalça Muzeyində Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı fərdi sərgisi keçirilir. Bu haqda Milli Xalça Muzeyi məlumat yayıb.
Sərgi fevralın 25-dək davam edəcək.
Sərgidə sənətkarın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunur. Burada Tamilla Abdullayevanın “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərləri təqdim edilir.
Qeyd edək ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş və tematik ekskursiyalar keçiriləcək.