Yanvarın 6-da Bakının Nərimanov rayonunda narkotiklərin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Bu barədə yanvarın 6-da Daxili İşlər Nazirliyi məlumat verib.
Onda 1 kiloqram 65 qram heroin aşkar edilib.
Məlumata əsasən, saxlanılan şəxs narkotikləri satış məqsədi ilə xarici vətəndaşdan onlayn yolla alıb. Həmçinin o, izini itirmək üçün yaşayış ünvanlarını mütəmadi olaraq dəyişib.
Faktla bağlı “qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə” maddəsi ilə cinayət işi başlanılıb.