Ukraynanın Xerson vilayətindən 9 azərbaycanlı Moskva vasitəsi ilə ölkəmizə təxliyə olunub. Bu haqda martın 18-də APA məlumat yayıb.
Onlardan ikisi Ukrayna, yeddisi isə Azərbaycan vətəndaşıdır.
Rusiyadakı səfirimiz Polad Bülbüloğlu həmyerlilərimizlə görüşüb. Onun sözlərinə görə, təxliyə olunan soydaşlarımızın sayı iki mini ötüb.