Bakıda Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktorunun cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə yanvarın 3-də APA məlumat paylaşıb.
Məlumata əsasən, saxlanılan şəxs “rüşvət alma” maddəsi ilə ittiham olunur.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınıb.