Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində ermənilər tərəfindən tərk edilmiş silah-sursat aşkarlanıb. Bu barədə dekabrın 11-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ötən bir ilə yaxın müddət ərzində polis əməkdaşları Xocavənddən ümumilikdə 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə toplayaraq aidiyyəti üzrə təhvil verib.
Bundan əvvəl, dekabrın 7-də Füzulidə erməni hərbçilərinin atıb qaçdığı sursat aşkar edilmişdir.