Azərbaycan 2021-ci ilin ilk 11 ayı ərzində 25 milyon tondan çox neft ixrac edib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin 21 dekabr tarixli hesabatında əks olunub.
Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azdır.
Eyni dövr ərzində 12,2 milyard dollar dəyərində neft ixrac edilib. Bu göstərici isə 37% çoxdur.