Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, bazar qiymətləri:
100 ABŞ dollarına qədər olduqda - 30 manat;
101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.