Babək prospektində yerləşən yanacaqdoldurma məntəqəsində saxta əsginas verən Bakı sakini saxlanılıb. Bu barədə yanvarın 6-da Daxili İşlər Nazirliyi məlumat verib.
Daha öncə, yanvarın 4-də saat 22:00 radələrində şübhəli bilinən şəxs yanacaqdoldurma məntəqəsində 200 manatlıq saxta əsginas verib.
Faktla bağlı araşdırma davam edir.