Yanvarın 2-də gecə və səhər saatlarında dumanlı hava şəraiti davam edəcək. Səbəb yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Bu haqda yanvarın 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, nisbətən yuxarı təbəqədə temperaturun yüksək olmasına görə Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bu günlərdə azhərəkətli hava kütləsi və zəif külək duman üçün əlverişli olub.
Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.