Bəhreynin milli aviadaşıyıcısı “Gulf Air” gələn il yanvarın 6-dan Azərbaycana uçuşları bərpa edəcək. Bu haqda məlumat aviaşirkətin Facebook səhifəsində yerləşdirilib.
Reyslər həftədə iki dəfə Bəhreynin paytaxtı Manamadan Bakıya həyata keçiriləcək. Qiyməti 1181 manatdan başlayan gediş-gəliş aviabiletini Gulf Air-ın rəsmi saytından əldə etmək mümkündür.
“Hazırda mövcud uçuşlar pandemiyadan əvvəlki reyslərin təxminən 80%-i qədərdir. Tam göstəriciyə nail olmaq üçün müxtəlif ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq edilir”, - deyə aviaşirkətdən bildirilib.
Bundan əvvəl, dekabrın 14-də “Ural Airlines” aviaşirkəti Kaluqadan Bakıya birbaşa uçuşlar yerinə yetirməyə başlamışdır.