Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şagirdlər üçün yanvarın 7-də eksternat qaydasında imtahan keçiriləcək. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri əmr imzalayıb.
Məktəblər tərəfindən adları müşayiət məktubu ilə təqdim edilmiş tələbələrin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahanda hər fəndən 10 sual olacaq. Nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək.
Qiymətləndirmədən uğurla keçənlərin müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaq.