Bakıda və Abşeron yarımadasında yanvarın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə yağıntılı olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.