Yaponiya Səfirliyi tərəfindən Tərtərin minalardan təmizlənməsinə 88,224 ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ediləcək. Bunu martın 9-da şərq ölkəsinin Azərbaycandakı səfiri Cuniçi Vada deyib.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu və səfirlik arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
Əsas məqsəd həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtərdə təhlükəsiz şəraitin təmin olunmasıdır.
Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək 278 qrant müqaviləsi imzalanıb. Bu müqavilələrin ümumi qrant məbləği 23,450,000 ABŞ dollarını (təxminən 39,860,000 AZN) keçir.