Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Bakıda qəzaya düşüb. Bu haqda 6 yanvar tarixində Report məlumat yayıb.
İnsident Yasamal rayonu, Kənar dairəvi yolda baş verib. Katib Yumi Kitano idarə etdiyi "Nissan" markalı avtomobillə 211 nömrəli “BakuBus” avtobusu ilə toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ölkədə cari ilin 11 ayı ərzində Bakıda 458 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə yaralanıb.