Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evindən pul və külli miqdarda qızıl-zinət əşyalarını oğurlayan 6 şəxs saxlanılıb. Bu haqda dekabrın 20-də DİN məlumat verib.
Həmin şəxslər 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın qızıl-zinət əşyalarını oğurlayıblar. Daha sonra onlar qızıl-zinət əşyalarını əridərək külçə halına salıb və Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula avtomobil alıblar.
Faktla bağlı araşdırma davam edir.