Gədəbəydə yaşadığı evdə yanıq xəsarətləri alan 77 yaşlı qadın xəstəxanada ölüb. Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Qeyd olunub ki, 1945-ci il təvəllüdlü Gədəbəy rayon sakini yaşadığı evdə sobanın yanında uzanan zaman paltarı alışıb. Nəticədə sözügedən qadın yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Ötən gün qəfildən halı pisləşən qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.