Yasamalda “Qanlı göl”ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə kimi yeni avtomobil yolu inşa edilib. Bu haqda 6 yanvar tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytında xəbər verilib.
Məlumatda qeyd edilib ki, 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1250 metr, eni isə 9 metrdir. Yol boyu 3 475 kvadratmetr səki salınıb. Yeni yolun inşası Yasamal Yaşayış Kompleksinin yerləşdiyi əraziyə alternativ giriş-çıxışı təmin edəcək.
2019-2021-ci illər ərzində Yasamal rayonunda 20 kilometrdən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.