Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.
İnsanoid xatırladır ki, o, 1975-ci ildə Bakıda anadan olub və musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında başlayıb.
1988-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunub və professional səhnə həyatına başlayıb. 1995-ci ildə ilk peşəkar musiqi kollektivini yaradıb, 1998-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 2002-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb.