Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir. Bunu oktyabrın 16-da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
O, prezidentin sözlərini xatırladaraq bildirmişdir ki, yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır.