Bakıda yeni doğulmuş körpəsini öldürən qadın həbs edilib. Bu barədə aprelin 5-də APA Baş Prokurorluğa istinadən məlumat yayıb.
Martın 31-də Nizami rayonu, Qara Qarayev prospektində, 88 saylı binanın yaxınlığında polietilen sellofanda yeni doğulmuş qadın cinsli uşaq meyiti aşkar edilib.
Axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. (ad şərtidir) Cinayət Məcəlləsinin müvafiq maddəsilə tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam edir.