Bugün, yanvarın 6-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin açılışı olub. Bu barədə Prezident İlham Əliyevin səhifəsində məlumat yerləşdirilib.
Açılış mərasimində ölkə başçısı və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Məsciddə eyni zamanda 1800 nəfər ibadət edə bilər. İbadət evinin tikintisində ağac materiallardan istifadə edilib, ibadət zalı isə havalandırma sistemi ilə təchiz olunub. Yeni kompleksdə dəstəmaz almaq və ibadət etmək üçün əlavə binalar da tikilib. Məscidin ətrafında isə yaşıllıq salınıb.
[URIS id=21460]