Şagirdlərin təbiət fənnləri üzrə bilikləri nisbətən zəifdir. Bu məqsədlə Azərbaycanda təbiət fənninin təliminə qərar verilib. Bunu sentyabrın 16-da Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni tədris ilində təzə hazırlanan "Təbiət-5" dərsliyi V siniflərdə pilot lahiyə olaraq tədris ediləcək. Komplekt hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib.
Müəllimləri təlimləndirmək məqsədi ilə onlara dərslik müəllifləri tərəfindən treyninqlər təşkil edilib. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə Təbiət fənləri kimya, biologiya və fizika fənləri olaraq ayrılacaq.