Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov azadlığa buraxılıb. Bu barədə onun vəkili Elnur Vəliyev sentyabrın 15-də məlumat verib.
“Qoca Səmədovla bağlı başqa yerə getməmək barədə iltizam tədbiri seçilib və o, azadlığa buraxılıb”, - deyə vəkil qeyd edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, sabiq icra başçısının 236 000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. O, həmçinin 2017-2019-cu illərdə dövlət büdcəsindən Yevlax şəhərində abadlıq işləri üçün ayrılan 616 000 manatın məniməsində şübhəli bilinir. Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fondu üçün hər ay könüllü yığılan vəsaitin əsas hissəsi, 8000 manat da Qoca Səmədova təqdim edilib.
Sabiq icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri maddələri ilə ittiham olunub.