Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cəzası yumşaldılıb. Bu barədə yanvarın 12-də onun vəkili Elnur Vəliyev məlumat verib.
Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 7 il 3 ay müddətindən 6 ilədək endirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Səmədovun 236 000 manat dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. O, həmçinin 2017-2019-cu illərdə dövlət büdcəsindən Yevlax şəhərində abadlıq işləri üçün ayrılan 616 000 manatı mənimsəməkdə ittiham olunub. Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fondu üçün hər ay könüllü yığılan vəsaitin əsas hissəsi, 8 000 manat da Qoca Səmədova təqdim edilib.
Daha öncə, dekabrın 30-da sabiq icra başçısı xəstəxanaya yerləşdirilib və ürəyindən əməliyyat olunub.