Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda dekabrın 22-də Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, faktla bağlı “14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə” və “14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam etdirilir.
Hadisə barədə dekabrın 21-də məlum olub. Yevlax rayon sakini qızının və qardaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Daha sonra yeniyetmənin əmisi tərəfindən Bakı şəhərinə aparıldığı müəyyən edilib.